Təhsil naziri Mikayıl Cabbarov Braziliya Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin rəhbəri, Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliyanın sabiq təhsil naziri, senator Kristovam Buarken ilə təhsil sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə M.Cabbarov qonağa Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar haqqında məlumat verib.
Tərəflər Braziliya və Azərbaycan arasında təhsil sahəsində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
A.Zeydullayeva