29 fevral 2016-cı il tarixinə yanvar-fevral aylarında Azərbaycanda pul bazasının həcmi 6 mlrd. 388,5 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
31 dekabr 2015-ci il tarixinə Azərbaycanda pul bazası 6 mlrd. 901,8 mln. manat təşkil edib. Beləliklə, cari ilin fevral ayında pul bazası 7,5% azalıb.
Bununla yanaşı, 2016-cı ilin fevral ayında pul bazası 601,1 mln. manat və ya 10,4% artıb.
2015-ci ildə pul bazası 40,2% azalıb.
A.Əzizov