Cümə günü prezident İlham Əliyev Salyan və Yardımlı rayonlarının icra başçılarının dəyişməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Prezident İ.Əliyevin sərəncamına əsasən, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamına əsasən, Sevindik Hətəmov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
R.Babayev