Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və İtaliyanın Sandro Teti Nəşriyyat Evi (STNE) arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
BBMM-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, memorandum BBMM-in icraçı direktoru Azad Məmmədov və mərkəzin bir sıra digər əməkdaşları ilə STNE rəhbəri, politoloq Sandro Teti ilə görüş zamanı imzalanıb.
Memoranduma əsasən, İtaliyada BBMM-in Roma filialının yaradılması və fəaliyyətinin təşkili təmin ediləcək.
A.Zeydullayeva