SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti tərəfindən “Neft Daşları” yatağında yeni istismara verilmiş 1637A saylı estakadayanı meydançadan ilk quyunun qazmasına başlanılıb. Bu barədə şirkətin saytında məlumat verilib.
2643 nömrəli quyunun layihə dərinliyi 1980 metrdir. Quyu Qala Lay Dəstəsinə qazılacaq.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
1637A saylı estakadayanı meydançadan ümumilikdə 14 istismar quyusunun qazılması nəzərdə tutulub. Qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova