“Beynəlxalq Sığorta Şirkəti” ASC və “Azərsığorta” Dövlət Kommersiya Sığorta Şirkəti “Aqrolizinq” ASC-nin sığorta xidmətlərinin göstərilməsi üzrə keçiriən tenderin qalibi olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə lizinq şirkətindən məlumat verilib.
“Azərsığorta” “Aqrolizinq”in kənd təsərrüfatı texnikasını, “Beynəlxalq Sığorta Şirkəti” cins mal-qara və mineral gübrələrini sığorta edib.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təssərüfatı Nazirliyinin strukturuna daxildir.
“Azərsığorta” 1991-ci ildə yaradılıb. Şirkət sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə daxil olub. Nizamnamə kapitalı 7,5 mln. manata bərabərdir.
“Beynəlxalq Sığorta Şirkəti” 2002-ci il aprelin 1-dən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı Azərbaycan Beynəlxalq Bankıdır.
A.Axundov