Bakıda 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Səhnəyə ilk addım” adlı konsert keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında Mədəniyyət və Turizm İdarəsinin musiqi məktəblərinin şagirdləri ənənəvi konsert proqramı ilə çıxış ediblər.
Onların ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Tədbirdə iştirak edən Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov konsertin sonunda iştirakçıları təbrik edib, onlara uğurlar və daha böyük səhnələri fəth etməyi arzulayıb.
Məktəbin foyesində İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi də təşkil olunub.
A.Zeydullayeva