Martın 14-də Varşava şəhərində “Polkovnik” sənədli filminin nümayişi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyasında dövlət sifarişi ilə çəkilmiş film çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa ordularında xidmət edərək bir çox orden və medallarla təltif edilmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigarın həyat və fəaliyyətindən bəhs edir.
Filmin rejissoru Tahir Əliyev, ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Faiq Kərimov, bəstəkarı Azər Hacıələsgərli, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişləri Azərbaycan, Gürcüstan və Polşada aparılıb.
A. Zeydullayeva