“Azərkosmos” ASC SPOT 7 yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə “Azersky” peykinin istismarından $200 mln.-dan artıq məbləğdə gəlir proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildirilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin dekabr ayında “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azersky” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.
“Proqnozlara əsasən, 12 il ərzində “Azersky” peykinin istismarından “Azərkosmos”un gəlirləri $200 mln.-u ötəcək”, - deyə hökumətdən qeyd ediblər.
Azərbaycan hökuməti “Azersky” peykinin inkanlarından milli təhlükəsizlyin təminatı, müdafiə, ekologiya və ətraf mühitin müdafiəsi, fövqəladə hallar zamanı, neft-qaz ahəsi, meliorasiya və su təchizatı, turizm, nəqliyyat və yol təsərrüfatı, elmi tədiqatlarda istifadə etməyi planlaşdırır.
2015-ci ildə “Azərkosmos” ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC) və Mizuho Bankından 100 milyon avro məbləğində kredit cəlb edib.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
A.Əzizov