2015-ci ildə Azərbaycanda tenderlər və kotirovkalar əsasında dövlət təşkilatları tərəfindən həyata keçirilən dövlət satınalmalarının həcmi 2014-cü illə müqayisədə 1,7% - 1 mlrd. 326,9 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2015-ci ildə dövlət strukturları tərəfindən ümumilikdə 8,334 min tender və kotirovka (müsabiqələr) keçirilib və 2014-cü illə müqayisədə onların sayı 12,7% azalıb.
Tenderlər və kotirovkalar vasitəsilə satınalmaların keçirilməsi 53,8 mln. manat və ya dövlət satınalmalarının dəyərinin 3,9%-nə qənaət etməyə imkan yaradıb (2014-cü ildə 59,5 mln. manat və ya dövlət satınalmalarının dəyərinin 4,36%-nə qənaət edilib - İF-Az). Bununla belə, 43,4 mln. manat həcmində qənaət tenderlər vasitəsilə, 10,4 mln. manat kotirovkalar hesabına həyata keçirilən satınalmaların payına düşüb.
2015-ci ildə 6,848 min kotirovka və ya bütün satınalmaların 82,2%-i həyata keçirilib. Lakin kotirovkalar hesabına həyata keçirilən dövlət satınalmalarının ümumi dəyəri cəmi 151,3 mln. manat və ya satınalmaların ümumi həcminin 11,4%-ni təşkil edib.
Ötən il büdcə vəsaitləri hesabına 6,93 min tender və müsabiqə həyata keçirilib. Bu tender və müsabiqələr üzrə imzalanan müqavilələrin ümumi dəyəri 1 mlrd. 91,2 mln. manat təşkil edib və 2014-cü illə müqayisədə 10% azalıb. Bununla yanaşı, qənaət 46,5 mln. manat və ya 4,1% təşkil edib (2014-cü ildə 4,1%).
2015-ci ildə kreditlər formasında beynəlxalq maliyyə təşkilatları tərəfindən ayrılan vəsait hesabına 31,4 mln. manat məbləğində 14 dövlət satınalmaları həyata keçirilib. Bununla belə, qənaətin həcmi 2,7 mln. manat və ya 8,1% təşkil edib.
Dövlət satınalmalarının üçüncü istiqamətini öz vəsaitləri hesabına dövlət müəssisələri və təşkilatlar tərəfindən həyata keçirilən tender və satınalmalar təşkil edib. 2015-ci ildə dövlət müəssisələri və təşkilatlar tərəfindən 204,3 mln. manat məbləğində 1,39 min satınalma həyata keçirilib (artım 2,2 dəfə). Qənaətin həcmi 4,5 mln. manat və ya 2,15% təşkil edib (2014-cü ildə 7,9%).
Azərbaycanda dövlət satınalmalarının dəyəri 50 min manatdan artıq olduqda dövlət strukturları tərəfindən tender keçirilməlidir.
A.Əzizov