Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu “TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimləri başlayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri iştirak edir.
Təlimlər martın 25-dək davam edəcək.
F.İsazadə