17-19 iyun tarixlərində Bakıda “Formula-1” yarışlarının Avropa Qran-pri mərhələsinə biletlərin satışından gəlir 3-4 mln. manat təşkil edəcək. Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
“Fevralın 19-dan etibarən İnternet vasitəsilə biletlərin satışına başlanılıb. Satışa cəmi 30 min bilet çıxarılıb. Biletlərin satışından gəlirin 3-4 mln. manat təşkil edəcəyi gözlənilir”, - deyə nazir bildirib.
R.Babayev