İndiyə qədər azərbaycanlı idmançılar “Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında iştirak etmək üçün 34 lisenziya qazanıblar. Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
“Sevindirici haldır ki, söhbət velotrek, triatlon, kanoe-slalom kimi yeni idman növlərindən gedir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bu, azərbaycanlı idmançıların uğur göstərdikləri idman növlərinin coğrafiyasının genişlənməsi deməkdir.
XXXI Yay Olimpiya Oyunları 2016-cı il avqustun 5-dən 21-nə qədər Rio-de Janeyro şəhərində keçiriləcək.
R.Babayev