Azərbaycan Dövlət Neft Fondu (ARDNF) çərşənbə günü hərracda banklara ümumilikdə $50 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF martın 9-da Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərracda 24 banka $50 mln. satılıb”, - deyə məlumatda qeyd olunur.
Bu, ARDNF-in martda iştirak etdiyi dördüncü hərracdır. Həmin hərraclarda $299,7 mln. satılıb.
N.Abbasova