2015-ci ildə Azərbaycanda banklar əhaliyə cəlb olunan əmanətlər üzrə faizlər qismində 521,4 mln. manat məbləğində vəsait ödəyiblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Əhali bank sektoruna nisbətən xalis kreditordur. Əhalinin əmanətlərinin həcmi kreditlərin həcmindən çoxdur. Bütövlükdə, 2015-ci ildə banklar əhaliyə gəlirlər üzrə faizlər qismində 521,4 mln. manat vəsait ödəyiblər”, - deyə AMB-dən qeyd ediblər.
2015-ci ildə Azərbaycanda əhalinin bank əmanətləri 31,9% - 9,5 mlrd. manatadək artıb.
A.Axundov