Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq ictimaiyyəti müasir dünyada müşahidə olunan mənfi tendensiyaları və müharibələri, eləcə də zorakılığın təbliğini dayandırmağa çağırıb.
“Təəssüflə qeyd etmək lazımdır ki, bu gün televiziya kanallarında neqativ hallar, toqquşma, qaçqınlar böhranı barədə xəbərlər üstünlük təşkil edir ki, bu da fikir ayrılığına səbəb olur”, - deyə İ.Əliyev “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müasir dünyada buna yol verilməməlidir. “Biz hamımız qarşılıqlı şəkildə bir-birimizə bağlıyıq, Avropa və Yaxın Şərq arasında məsafə elə də böyük deyil, biz insanları dayandırmasaq, daha kəskin mənzərə qarşısında qalacağıq”,- deyə prezident qeyd edib.
O, multikulturalizm prinsiplərinin təşviqinin vacib olduğunu qeyd edib.
“Biz qarşılıqlı şəkildə bir-birimizlə bağlıyıq. Ölkələrin mütləq əksəriyyəti çoxmillətli və çoxkonfessiyalıdır, biz bununla fəxr etməliyik. Multikulturalizm yaşayır, çiçəklənir və onun gələcəyi var”, - deyə dövlət başçısı bildirib.
O deyib ki, Azərbaycanda multikulturalizm təşviq edilir.
“Multikulturalizm və dözümlülük dövlət siyasətidir. Müstəqillik illərində Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmlənib”,- deyə prezident İ.Əliyev vurğulayıb.
R.Babayev