Bakıda “Expressbank”ın “Əhmədli” filialı fəaliyyətə başlayıb. Bu barədə bankın məlumatında deyilir.
Yeni filial “Əhmədli” metro stansiyası ilə üzbəüz, M.Hadi, 31S ünvanında yerləşir.
“Expressbank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında fəaliyyətə başlayıb”, - deyə məlumatda bankın Biznesin İnkişafı Departamentinin direktoru Mehriban Ocaqquliyevaya istinadən bildirilir.
“Expressbank”ın paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir.
A. Əzizov