Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun ekspert qrupunun iştirakı ilə işçi görüşü başlayıb.
Tədbirdə Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində 2016-cı il üçün planlaşdırılmış fəaliyyətlər müzakirə olunacaq, müdafiə və təhlükəsizlik sahəsini əhatə edən bir sıra mövzular üzrə mühazirələr oxunacaq.
Tədbir Azərbaycanla NATO arasında birgə fəaliyyət planına uyğun olaraq keçirilir.
F.İsazadə