Azərbaycanın “Eurovision-2016” təmsilçisinin adı məlum olub. Bu barədə İctimai Televiziyanın saytında məlumat verilir.
Münsiflər Heyəti yarışda ölkəmizi Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, müsabiqədə “Miracle” (“Möcüzə”)” mahnısını ifa edəcək.
Qeyd edək ki, bu il müsabiqə İsveçdə keçiriləcək.
A.Zeydullayeva