Martın 11-dən etibarən "Həzi Aslanov" metro stansiyasında eskalatorlardan biri təmirə dayandırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Eskalatorun 7 aprel tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib.
B.Rüstəmbəyov