2015-ci ildə Dövlət İnvestisiya Proqramı (DİP) çərçivəsində Azərbaycanda kapital qoyuluşları 5 mlrd. 594 mln. manat artıb ki, bu da 2014-cü ilin göstəricisindən 6,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2015-ci ildə DİP çərçivəsində investisiyaların həcmi 5 mlrd. 594 mln. manat təşkil edib. Bunun əsas hissəsi (45,7%) infrastruktur layihələrinə yönəldilib (2 mlrd. 558 mln. 397,9 min manat)”, - deyə məlumatda bildirilir.
Ötən il investisiyaların strukturunda nəqliyyat sahəsində infrastruktur layihələrinə 805 mln. 663,7 min manat, MKT sahəsinə 751 mln. 956 min manat, energetika sahəsinə 721,4 min manat yönəldilib. Qalan məbləğ digər sahələrin payına düşüb.
Bundan əlavə, DİP çərçivəsində ötən il sosial layihələrə 625 mln. 343,1 min manat, müdafiə və hüquq-mühafizə orqanlarına 305 mln. 465,6 min manat investisiya yönəldilib. Qalan investisiyalar digər sahələrə sərf edilib.
A.Əzizov