Martın 10-da Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstanprezidenti Giorgi Marqvelaşvilinin görüşü olub.
Rəsmi KİV-lərin məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.
Tərəflər Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarixə və ənənəyə malik olduğunu bildirib, strateji dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayıblar.
A.Zeydullayeva