Azərbaycan və İranın sərhəd xidmətləri arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə iran.ru saytı məlumat verib.
Sazişi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayi imzalayıblar.
Görüşdə Q.Rzayi qeyd edib ki, İran-Azərbaycan sərhədinin 650 km-i ən təhlükəsiz zonadır. O, azərbaycanlı həmkarına sərhədin qanunsuz keçilməsinə, balıqçılıq və qaçaqmalçılığa nəzarəti İran və Azərbaycanın sərhəd xidmətlərinin rəhbərləri arasaında mütəmadi məsləhətləşmələr vasitəsilə daha da gücləndirməyi təklif edib.
Öz növbəsində, E.Quliyev Azərbaycan və İran prezidentlərinin sərhədlərin təhlükəsizliyi sahəsində daha da konstruktiv əməkdaşlıq üçün siyasi iradələrinin olduğunu qeyd edib və Bakının Tehranla hərtərəfli əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Qeyd olunur ki, Q.Rzayi rusiyalı həmkarı ilə də görüş keçirib. Bundan başqa, üç ölkənin sərhəd xidmətləri arasında danışıqlar aparılıb.
F.İsazadə