“Kapital Bank” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə bankın məlumatında deyilir.
Memorandumu “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov imzalayıblar.
Sənədə əsasən universitetdə “Kapital Bank” tərəfindən ixtisaslaşdırılmış “Elektron Bankçılıq” laboratoriyası yaradılacaq.
Birgə əməkdaşlıq çərçivəsində yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə təqaüd verilməsi, tələbələrin bankın müxtəlif struktur bölmələrində təcrübə keçməsi, birgə elmi-texniki konfransların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
A.Zeydullayeva