İtaliyanın “Namak Srl” şirkəti Azərbaycana ərzaq məhsullarının ixracını təşkil etməyi planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında qeyd edilir.
“Namak Srl” şirkəti İtaliyanın aparıcı istehsalçılarının ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşır. Bununla əlaqədar şirkət Azərbaycan idxalçıları və distribyutorları ilə işgüzar əlaqələrin qurulmasında maraqlıdır.
A.Əzizov