Xocalı soyqırımının günahkarları məhv ediləcəklər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bunu söz verib.
“Bu haqq işimizi davam etdirəcək və düşməni darmadağın edəcəyik. Xocalı soyqırımını həyata keçirən, günahsız insanları qətlə yetirən mənfur düşmənlərimizi məhv edərək bütün şəhidlərin qisasını alacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik”, - deyə Z.Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında şəxsi heyət qarşısında çıxışı zamanı bildirib.
Z.Həsənov xüsusi olaraq qeyd edib ki, cəbhədə, ön xətdə, səngərlərdə xidmət edən əsgər və zabitlərimiz yüksək qəhrəmanlıq, peşəkarlıq göstərirlər. “Düşmənin başını qaldırmağa belə imkan vermirlər. Qarşı tərəf böyük itkilər verir”, - deyə nazir vurğulayıb.
O əlavə edib ki, bu gün Azərbaycanın qarşısında torpaqları işğaldan azad etmək kimi müqəddəs vəzifə dayanır.
F.İsazadə