Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumat verilir ki, Z.Həsənov ön xətdə yerləşən hərbi hissələrdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşüb.
Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində komanda müşahidə məntəqəsinə baş çəkən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, müdafiə zolağında həyata keçirilən tədbirlər barədə məruzə edilib.
Səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət işğal edilmiş torpaqların azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
F.İsazadə