Manat özünün fundamental məzənnəsini müəyyən edir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) ölkədə aparılan islahatlara dəstəyinə həsr olunmuş dəyirmi masada bildirib.
“Hazırda valyuta bazarında sabitik müşahidə olunur. Manat özünün fundamental məzənnəsini müəyyən edir”, - deyə N.Əmirov hesab edir.
Onun sözlərinə görə, 2015-ci ildə manatın devalvasiyası məcburi idi və neftin qiymətinin ucuzlaşması, dünyanın maliyyə bazarlarında baş verən proseslər, Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının devalvasiyası ilə əlaqədar olub.
A.Axundov