1 mart 2016-cı il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 1 mln. 869,274 min təşkil edir. Bu barədə SOCAR-dan məlumat verilib.
2016-cı ilin fevralında İB əhali arasında 18,504 min yeni abonent qeydə alıb. Onlardan 2,667 min abonent Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda, 15,837 min abonent ölkənin regionlarında qeydiyyata alınıb.
“Azəriqaz” İB-nin məlumatına görə, 2016-cı il martın 1-nə 128,408 min məcburi köçkün ailəsinə güzəştli şərtlərlə qaz verilib. Həmçinin 350 məscid və dini məbədə ödənişsiz qazdan istifadə üçün limit ayrılıb.
N.Abbasova