Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən martın 11-də 318 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib. Bu barədə komissiyadan məlumat verilib.
Məlumata əsasən, 71 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 318 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci və altıncı təsnifatlarına uyğun olan 36 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edilib.
Qeyd olunur ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 174-ü mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 144-ü isə məhkəmə hakimiyyəti orqanlarının aparatındadır.
F.İsazadə