Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf persoektivlərini müzakirə edib. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Türkiyə prezidenti ilə görüş zamanı diqqətə çatdırılıb ki, iki xalqın ümumi maraqlarını əks etdirən Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz və dönməzdir.
Ə.Davudoğlu ilə görüşdə xüsusi vurğulanıb ki, Bakı-Ankara münasibətləri dünyada dostluğa və qardaşlığa bir nümunədir.
Türkiyəyə rəsmi səfər çətçivəsində O.Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla da görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. İki ölkə parlamentləri arasındakı əlaqələr, o cümlədən parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.
R.Babayev