Cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 4539 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla, o cümlədən 73 ədəd əlil arabası ilə təmin ediliblər. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Gələn həftə respublikanın 5 rayonunda (Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.
R.Babayev