Prezident İlham Əliyev Yaponiyanın baş naziri Şinzo Abeni Azərbaycana rəsmi səfərə dəvət edib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiyaya səfəri çərçivəsində dəvət məktubunu bu ölkənin Nazirlər Kabineti baş katibinin müavini Hiroşiqe Sekoya təqdim edib.
Ə.Həsənov Yaponiya baş nazirinin tezliklə ölkəmizə səfərinin həyata keçiriləcəyinə ümid etdiyini və bu səfərin ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirib.
F.İsazadə