Azərbaycan prezidenti İlham Əliyev Finlandiya və Latviyanın sabiq dövlət başçıları Tarya Haloneni və Valdis Zatlersi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşlər zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edilib. Tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olunub.
R.Babayev