Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Auqsburq Universitetinin professoruKlaus Volf “Almaniya multikulturalizmi: dünəni, bugünü və sabahı” mövzusunda mühazirə oxuyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BBMM-dən məlumat verilib.
Professor Almaniyada multikultural ənənələrin keçmişindən və hazırkı durumundan söz açıb. K.Volf Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən məscidlər, kilsələr və sinaqoqolar haqqında slayd vasitəsilə iştirakçılara ətraflı məlumat verib. Professor Azərbaycan və Almaniya multikulturalizmi modellərinin spesifik cəhətlərindən bəhs edərək müqayisəli təhlil aparıb.
K.Volf universitetin filologiya və tarix fakültələrinin 10 tələbəsinin “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsində iştirak etdiklərini qeyd edib.
A.Zeydullayeva