Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Ə.Qarayev İSESCO ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Öz növbəsində qonaq Azərbaycanın islam dünyasında humanitar əməkdaşlığın inkişafına böyük töhfələr verdiyini bildirib. O, Azərbaycanın bölgədə və dünyada sülhə və təhlükəsizliyə müsbət töhfə verdiyini vurğulayıb.
A.Zeydullayeva