Azərbaycan Mərkəzi Bankı (AMB) martın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini martın 11-nə olan 1,6456 manat/$1 səviyyəsinə qarşı 1,6411 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2734% möhkəmlənib.
AMB martın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 11-də qeydə alınmış 1,8378 manat/1EUR səviyyəsinə qarşı 1,8320 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,3156% möhkəmlənib.
Martın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 11-də qeydə alınmış 0,0231 manat/1RUR səviyyəsinə qarşı 0,0234 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,2987% ucuzlaşıb.
A.Əzizov