İndiki iqtisadi vəziyyət Azərbaycanda gömrük orqanlarının işinin səmərəliliyinin yüksəldilməsini tələb edir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev belə hesab edir.
“İndiki iqtisadi vəziyyət gömrük orqanlarının işinin səviyyəsinin, onun şəffaflığının yüksəldilməsini tələb edir”, - deyə A.Əliyev bazar ertəsi “Gömrük sistemində inkişaf və gələcək perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib. Konfrans Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azerbaijan”) tərəfindən təşkil edilib.
Onun sözlərinə görə, ölkədə qəbul edilmiş son qərar gömrük işində azad ticarət və proteksionizm prinsiplərinin uyğunlaşdırılmasına yönəldilib.
A.Axundov