Maliyyə Nazirliyi “Azərenerji” ASC-nin fəaliyyətinin diaqnostikasını aparmaq üçün beynəlxalq məsləhətçi cəlb etmək məqsədi ilə tender elan edib.
Tender elanına əsasən, məsləhətçinin öhdəliklərinə “Azərenerji” şirkətinin fəaliyyətinin aşağıdakı istiqamətlər üzrə diaqnostikasının aparılması daxildir: istehsal olunan elektrik enerjisinin maya dəyəri; elektrik enerjisinin istehsalı zamanı texniki itki normaları; elektrik stansiyalarının, elektrik enerjisi istehsalının və energetika qurğularının səmərəliliyi.
Şərtlərə əsasən tenderdə bu istiqamətdə ən azı 5 il iş təcrübəsi olan şirkətlər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 2 min manat təşkil edir.
Tender təklifləri aprelin 28-nə qədər qəbul ediləcək, tender proseduru aprelin 29-da keçiriləcək.
A.Əzizov