Azərbaycanda uşaqların çox az hissəsi uşaq bağçalarında təlim-tərbiyə alır. Bu barədə deputat Sona Əliyeva Milli Məclisin Elm və təhsil komitəsinin geniş iclasında məlumat verib.
“Azərbaycanda uşaqların yalnız 16%-i uşaq bağçalarına gedir. Bu, çox azdır. Məsələn, Finlandiyada uşaqların 98%-i məktəbəqədər tədris müəssisələrinə gedir, Almaniyada uşaq bağçalarının tədris proqramları valideynlərlə razılaşdırılır”, - deyə o bildirib
S.Əliyevanın sözlərinə görə, Azərbaycanda uşaq bağçaları ən çox Bakıda və Gəncədədir.
“Kənd yerlərində valideynlərin uşaqlarını özəl bağçalara göndərmək imkanı yoxdur. Buna görə də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində kənd yerlərində ailə tipli uşaq bağçalarının yaradılmasına yer ayrılmalıdır”, - deyə S.Əliyeva qeyd edib.
O, həmçinin uşaq tədris müəssisələrində tədrisin keyfiyyətinə də toxunub.
“Hesab edirəm ki, yüksək ixtisaslı tərbiyəçilərin hazırlanması üçün 10 günlük treninqlər çox azdr. Həmçinin uşaq bağçalarına gələn azyaşlıların yaş senzi məsələsinə də yenidən baxılmalıdır.
R.Babayev