Azərbaycan və Çexiya iş adamları bu gün Bakıda mövcud əlaqələrin genişləndirilməsini və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında qeyd olunur.
Məlumata görə, AZPROMO-nun təşkil etdiyi görüşdə turizm, sənaye, logistika, balıqçılıq, əczaçılıq, energetika və digər sahələri təmsil edən 50-yə yaxın iş adamı iştirak edib.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov