Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə prezidentinin rəsmi saytında məlumat verilib.
Xəbər verildiyi kimi, çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri baş tutmalı idi. Lakin martın 13-də Ankarada törədilmiş terror aktına görə İ.Əliyevin Türkiyəyə səfərinə dair qərar qəbul edilib.
Türkiyə dövlət başçısının saytında məlumat verilir ki, çərşənbə axşamı Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüş keçirəcəklər. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Səfərin proqramında Azərbaycan prezidentinin Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirakı nəzərdə tutulur.
R.Babayev