Azərbaycan Mərkəzi Bankı (AMB) martın 15-nə manatın dollara qarşı rəsmi məzənnəsini martın 14-nə olan 1,6411 manat/$1 səviyyəsinə qarşı 1,6322 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,5423% möhkəmlənib.
AMB martın 15-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 14-də qeydə alınmış 1,8320 manat/1EUR səviyyəsinə qarşı 1,8127 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,0535% möhkəmlənib.
Martın 15-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 14-də qeydə alınmış 0,0234 manat/1RUR səviyyəsinə qarşı 0,0233 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,4273% möhkəmlənib.
A.Əzizov