Milli Məclisin bugünkü iclası martın 13-də Ankarada törədilmiş terror aktı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.
Parlamentin sədri Oqtay Əsədov ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib və yaralılara tezliklə sağalmağı arzu edib.
İclasda hökumətin 2015-ci ilin yekunları üzrə hesabatı dinləniləcək, lisenziyalar və icazələr haqqında, xüsusi maliyyələşdirilmə əsasında həyata keçirilən tikinti və infrastruktur obyektləri ilə bağlı investisiya layihələrinin reallaşdırılması haqqında qanun layihələrinə baxılacaq.
A.Axundov