Azərbaycanın baş naziri Artur Rəsizadə Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını qəsdən uzatmaqda ittiham edib.
“Ermənistan tərəfi qəsdən vaxtı uzadır və münaqişənin həllindən yayınır”, - deyə A.Rəsizadə bu gün parlamentdə 2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında hökumətin hazırladığı hesabatın müzakirəsi zamanı qeyd edib.
Onun sözlərinə görə, müvafiq təşkilatlar beynəlxalq hüquqa zidd olan ədalətsiz mövqeyi dəstəkləməkdə davam edirlər.
Baş nazir qeyd edib ki, yaranmış vəziyyətdən irəli gələrək Azərbaycan hökuməti ölkənin müdafiə potensialının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.
A. Axundov