2016-cı ilin yanvar-fevral aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 215 mln. 882 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-fevral aylarında SOCAR dövlət büdcəsinə 226 mln. 729 min manat vergi ödəyib. Beləliklə, 2016-cı ilin yanvar-fevral aylarında vergi ödənişlərinin həcmi 4,8% azalıb.
Cari ilin fevral ayında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 98 mln. 200 min manat təşkil edib.
Yanvar-fevral ayları ərzində SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 21 mln. 50 min manat təşkil edib (azalma 10,3% - İF-Az). Fevralda DSMF-ə ödənişləri10 mln. 992 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 480 mln. 195 min manat vergi ödəyib.
SOCAR-ın 2016-cı il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 mlrd. 240 mln. manat səviyyəsində müəyyən edilib.
N.Abbasova