Azərbaycan hökuməti 2015-ci ildə müdafiə sahəsinin maliyyələşdirilməsinə 3,3 mlrd. manat ayırıb. Bu sözləri baş nazir Artur Rəsizadə deyib.
“Müdafiə sahəsi 2015-ci ildə hökumətin fəaliyyətində prioritetlərdən biri olub. Hesabat ilində bu sahənin maliyyələşdirilməsinə 3,3 mlrd. manat ayrılıb”, - deyə baş nazir bu gün parlamentdə hökumətin 2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında hesabatının müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, 2015-ci ildə 1,5 minə yaxın zabitə mənzil verilib.
“Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda 70 mln. manatdan çox vəsait var”, - deyə A.Rəsizadə bildirib.
Baş nazir deyib ki, hazırda Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
A.Axundov