2015-ci ildə Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 430 mln. manat vəsait yönəldib. Bu barədə baş nazir Artur Rəsizadə bu gün parlamentdə hökumətin 2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında hesabatının müzakirəsi zamanı qeyd edib.
“Ötən il 15 min qaçqın və məcburi köçkün mənzillə təmin olunub”, - deyə A.Rəsizadə bildirib.
Onun sözlərinə görə, indiyədək qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,6 mlrd. manat ayrılıb.
A.Axundov