2015-ci ildə Azərbaycanda avtomobil yollarının saxlanması və inkişafına 1 mlrd. 184 mln. manat investisiya qoyulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2014-cü ildə Azərbaycanın yol sektorunun inkişafına 1,5 mlrd. manat yönəldilib. Beləliklə, 2015-ci ildə bu məqsədlər üçün ayrılmış investisiyaların həcmi 21,1% azalıb.
“2015-ci ildə ölkədə 524,9 km uzunluğunda avtomobil yolları yenidən qurulub, o cümlədən 2013,3 km uzunluğunda respublika əhəmiyyətli, 167,5 km uzunluğunda yerli əhəmiyyətli yollar təmir edilib. Bakıda 144,1 km uzunluğunda yollarda yenidənqurma işləri aparılıb.
Bundan əlavə, hesabat ili ərzində 10 körpü təmir edilib, 2 ədəd tunel tikilib və 2 ədəd körpü əsaslı təmir edilib.
2015-ci ildə Bakıda 2 ədəd tunel, 3 ədəd körpü və 9 ədəd piyada keçidi tikilib.
N.Abbasova