Türkiyə çətin günlərində göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səsləndirib.
“Biz Şuranın iclasını Bakıda keçirməli idik. Lakin Ankarada törədilən terror aktı ilə əlaqədar iclası Türkiyədə keçirməli olduq. İlham Əliyevə təşəkkür edirəm. O, Ankaraya gəldi və biz iclası burada keçirdik”, - deyə R.T.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.
“Mən bir daha öz qardaş münasibətini nümayiş etdirən Azərbaycana təşəkkürümü bildirirəm”, - deyə Türkiyə prezidenti söyləyib.
O, İ.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfərini yüksək qiymətləndirərək bildirib ki, terror aktlarının törədilməsinə baxmayaraq, Şuranın iclasının Ankarada keçirilməsi həm regional, həm də beynəlxalq səviyyədə həmrəyliyin, eləcə də terrorçuluğa qarşı birgə mübarizənin nümayiş etdirilməsi deməkdir.
“Bu, bizim atalarımızın dediyi kimi, bir millət, iki dövlət anlayışının təzahürüdür. Azərbaycan bir daha ağır gündə bzimlə olduğunu göstərdi. Mən bir daha onlara bunun üçün təşəkkürümü bildirirəm. İstəyirəm hər kəs bu mesaja diqqət etsin.Cənazələrimizi dəfn etmədən öz siyasi məqsədlərini güdən hər kəs bu qardaşlıq mesajından önəmli dərs almalıdır”,- deyə R.T.Ərdoğan vurğulayıb.
etsin.Cənazələrimizi dəfn etmədən öz siyasi məqsədlərini güdən hər kəs bu qardaşlıq mesajından önəmli dərs almalıdır”,- deyə R.T.Ərdoğan vurğulayıb.
F.İsazadə